ABŞ-ın dövlət borcu rekordu yenə yenilənə bilər


ABŞ-ın dövlət borcu dekabrın əvvəlində 34 trilyon dollar həddini keçə bilər.


Bu barədə "RİA Novosti" Amerika statistika xidmətinin məlumatlarına istinadən yazır.

Son trilyon dollarlıq federal hökumət borcu əvvəlki ilə müqayisədə üç dəfə sürətlə artıb. Eyni zamanda, dövlət borcunu 30 trilyon dollardan indiki 33 trilyon dollara çatdırmaq üçün bir il yarımdan bir qədər çox vaxt lazım olub.

Hesablamalara görə, son üç ayda Amerikanın dövlət borcu hər gün 10,9 milyard dollar artıb. Hakimiyyət tərəfindən heç bir tədbir görülməsə, 83 gün ərzində növbəti “rekord” qırılacaq. Prezident Co Baydenin imzaladığı milli borc tavanının 2025-ci il yanvarın 1-dək dayandırılması ilə bağlı qanun borclanmanın artırılmasına imkan verir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu