Ostin: Pentaqon İsrailə əlavə hərbi qüvvələr göndərməyə hazırdır


Pentaqon İsrailə əlavə hərbi qüvvələr göndərməyə hazırdır.


AFN.az xəbər verir ki, bunu Pentaqon rəhbəri Lloyd Ostin Tel-Əvivdə keçirdiyi mətbuat konfransında bildirib. O, ABŞ-ın İsrailə döyüş sursatı, hava hücumundan müdafiə və digər avadanlıq və resursları ötürdüyünü deyib.

"Neytrallıq, saxta ekvivalentlik və ya bağışlanmaz üçün bəhanələr vaxtı deyil" - deyə ABŞ müdafiə naziri bildirib. O, qeyd edib ki, terrora heç vaxt bəraət qazandırmaq olmaz: "Bu, xüsusilə də HƏMAS-ın hücumlarına aiddir. Bölgədə davamlı sülh və təhlükəsizlik istəyən hər kəs HƏMAS-ı pisləməli və təcrid etməlidir".

Ostin vurğulayıb ki, ABŞ bu vəhşilikdən istifadə etməyə çalışan hər hansı ölkə və ya qrupa qarşıdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu