Putinlə Netanyahu arasında telefon danışığı olacaq


Rusiya prezidenti Vladimir Putin İsrailin baş naziri Binyamin Netanyahu ilə telefon danışığı aparacaq.


Bu, onların İsraildə müharibə başlayandan bəri ilk söhbəti olacaq.

URA.ru xəbər verir ki, bunu dövlət başçısının köməkçisi Yuri Uşakov konfrans zamanı bildirib.

“Prezidentimiz Fələstin-İsrail münaqişəsini diqqətlə izləyir. O, dəfələrlə münaqişə ilə bağlı ictimaiyyət qarşısında çıxış edib. Putin artıq Suriya və İran prezidenti ilə danışıb, Misir, Fələstin prezidenti və baş nazir Netanyahu ilə hələ də danışıqlar olacaq”, - Uşakov bildirib.

Putinlə Netanyahu arasında telefon danışığı barədə daha əvvəl İsrail mətbuatı məlumat yayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu