Fələstinlilər Makronun səfərinə etiraz ediblər


İşğal altındakı İordan çayının qərb sahilində yaşayan fələstinlilər Fransa prezidenti Emmanuel Makronun səfərinə etiraz olaraq nümayiş keçirib.


Onlarla fələstinli Makronun səfərinə etiraz etmək üçün Ramallahdakı Əl-Menara meydanına toplaşıb.

Makronun Fələstin ərazisinə səfərini rədd edən nümayişçilər Fransa prezidentinin Qəzza müharibəsində İsrailin tərəfində tutduğu mövqeyi pisləyən plakatlar qaldırıblar.

Makron bu gün İsraildə həmkarı İsaak Hersoq və baş nazir Benyamin Netanyahu ilə görüşüb və İsraillə həmrəy olduğunu bildirib.

Gün ərzində Ramallaha gedəcəyini açıqlayan Makronun bölgə liderləri ilə görüşü gözlənilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu