Bayden müşaviri Çinin xarici işlər naziri ilə görüşəcək


ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Çinin xarici işlər naziri Vanq İ ilə görüşəcək.


Bu barədə Ağ Ev məlumat yayıb.

Görüşün oktyabrın 27-də baş tutacağı dəqiqləşib. "Bu görüş hər iki tərəfin münasibətləri məsuliyyətlə idarə etmək üçün davam edən səylərinin bir hissəsi kimi strateji kommunikasiya kanalını saxlamaq öhdəliyinə uyğundur", - bəyanatda deyilir.

Çinin xarici işlər naziri Van Yinin Vaşinqtona səfəri 26-28 oktyabrda baş tutacaq.

Oktyabrın 15-də Çinin xarici işlər naziri Vanq Yi ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığında Pekin və Vaşinqton arasında münasibətləri dəyərləndirib. Onun fikrincə, iki ölkə arasında münasibətlər korlanmağı dayandırıb və sabitləşib. Nazirlik rəhbəri vurğulayıb ki, son vaxtlar tərəflər “ardıcıl olaraq yüksək səviyyədə bir sıra təmaslar aparıblar”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu