İordaniya Qəzzadan 209 vətəndaşını təxliyə edib


İordaniya İsrailin hücumları başlayandan bəri Qəzza zolağında olan 209 iordaniyalının təxliyə edildiyini açıqlayıb.


İordaniya Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə, İordaniya Qəzza zolağında yaşayan vətəndaşlarının ən qısa zamanda təxliyəsi üçün çalışır.

Açıqlamada qeyd edilir ki, Xarici İşlər Nazirliyində qeydiyyatda olan və Qəzzada yaşayan iordaniyalıların sayı 569 nəfərdir. Onlardan 209-u Rəfah Sərhəd Qapısından Qahirəyə təxliyə edilib, 53-ü isə İordaniyaya çatıb.

XİN-in məlumatında, İordaniyanın Qahirə səfirliyindən bir qrupun Rəfah Sərhəd Qapısının Misir tərəfində olduğu və komandanın Qəzzadakı iordaniyalıların Misirə keçidini təmin etmək, ehtiyaclarını və təhlükəsizliyini, həmçinin onların İordaniyaya mümkün qədər tez çatmasını təmin etmək üçün çalışdığı bildirilib.

İordaniya noyabrın 1-də Qəzzadakı vətəndaşlarının Misir vasitəsilə təxliyə olunmağa başladığını elan edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu