ABŞ hərbi təyyarəsi Yakuşima adası yaxınlığında okeana düşüb


ABŞ-a məxsus hərbi təyyarə Yaponiyanın Yakusima adası yaxınlığında okeana düşüb. Təyyarədə 8 nəfərin olduğu açıqlanıb.



Yaponiya Sahil Mühafizəsi göyərtəsində 8 nəfərin olduğu ABŞ-a məxsus hərbi Osprey təyyarəsi Yaponiyanın Yakusima adası yaxınlığında okeana düşdüyünü açıqlayıb.

Sahil Mühafizəsinin sözçüsü təyyarədə olanların təhlükəsizliyi də daxil olmaqla, insidentlə bağlı əlavə təfərrüata malik olmadıqlarını bildirib.

Yaponiyanın MBC telekanalı xəbər verib ki, qəza yerli vaxtla saat 14:47 radələrində baş verib, yerli sakinlər təyyarənin dənizə çırpılması zamanı sol mühərrikinin alışdığını bildiriblər.

Yaponiyadakı ABŞ qüvvələrinin sözçüsü heç bir şərh verməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu