Keniyada körpəsini dənizə atdığı iddia edilən qadın saxlanılıb


Keniyada 8 aylıq körpəsini bərədən dənizə atdığı iddia edilən qadın saxlanılıb.



Citizen televiziyasının məlumatına görə, dünən Mombasada limanında olan qadının 8 aylıq körpəsini dənizə atdığı iddia edilib.

Körpə ətrafdakılar tərəfindən xilas edilərkən çəkilən və sosial mediada yayılan görüntülərdən sonra hadisə ilə bağlı araşdırma başladılıb.

Hadisə şahidlərinin qadının körpəni qəsdən dənizə atdığını iddia etməsi üzərinə polis qrupları tərəfindən tutulan qadın nəzarətə götürülüb.

Keniya Qırmızı Xaç Mərkəzində müalicə olunan körpənin vəziyyətinin yaxşı olduğu bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu