Rusiya Ukraynaya kütləvi raket hücumu hazırlayır - İDDİA


Rusiya Ukraynanın əsas infrastruktur obyektlərinə kütləvi hücumlar etməyə hazırlaşır.


Bunu X sosial şəbəkəsində ABŞ Konqresinin keçmiş əməkdaşı və Avrasiya Araşdırmalar İnstitutunun geosiyasi analitiki Brandon Veichert bildirib.

“Rusiya Ukraynanın dərinliklərinə zərbə endirmək üçün mindən çox raket yığır. Ruslar sadəcə olaraq Ukraynanı əzməyə hazırlaşırlar”, - deyə o yazıb. Ekspert iddia edib ki, ABŞ 2022-ci ildə atəşkəsə nail olmaq üçün səy göstərsəydi, bunun qarşısını almaq olardı.

Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, Rusiya Ukraynada hərbi münaqişəni davam etdirmək niyyətindədir. Kirbinin etirafına görə, bu qənaətə Ukraynanın enerji infrastrukturuna bir sıra hücumlardan, eləcə də noyabrın 25-də Kiyevə genişmiqyaslı pilotsuz təyyarə basqından sonra gəlib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu