Danimarka Ukraynaya 1 milyard dollardan çox vəsait ayırıb


Danimarka Ukraynaya tanklar, hava hücumundan müdafiə sistemləri, pilotsuz təyyarələr və döyüş sursatları üçün 1 milyard dollardan çox vəsait ayırıb.


AFN.az yerli mediaya istinadən xəbər verir ki, Danimarka hökuməti Ukraynaya əlavə yardımın ayrılması ilə bağlı müşavirlərlə məsləhətləşmələr aparıb. On dördüncü yardım paketinə 7 milyard krondan (1,02 milyard dollar) çox dəyərində tanklar, hava hücumundan müdafiə sistemləri, pilotsuz təyyarələr və dron əleyhinə avadanlıq və sursat daxildir. Bu barədə Krallığın Müdafiə Nazirliyi məlumat yayıb.

Bundan əlavə, Danimarka Kiyevin ehtiyaclarını ödəmək üçün müdafiə sənayesi məhsullarının alınmasına 1,75 milyard kron (256 milyon dollar) ayırır.

“Hərbi sənaye müəssisələrindən satınalmalar Ukraynanın hərbi dəstək sahəsindəki xüsusi ehtiyaclarına əsaslanmalıdır. Mən şadam ki, bu qədər Danimarka şirkəti Ukraynanın müdafiə mübarizəsini dəstəkləyir. Mən daim Danimarka hərbi sənayesinin nümayəndələri ilə Ukraynaya hərbi ianələr baxımından iqtisadiyyatın ölçüsü və gücündən ən yaxşı şəkildə necə istifadə etmək barədə danışıram”, - deyə ölkənin müdafiə naziri Troels Lund Poulsen bildirib.

7 milyard kron dəyərində olan on dördüncü yardım paketi 2023-cü ildən 2026-cı ilə qədər olan dövrü əhatə edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu