İslandiyadakı vulkandan çıxan kül buludları paytaxta doğru irəliləyir


İslandiyanın Reykjanes yarımadasında vulkan püskürməsinin ardından kül buludlarının paytaxt Reykyavikə çatacağı ilə bağlı xəbərdarlıq edilib.



BBC-nin məlumatına görə, İslandiyanın Reykjanes yarımadasında qeydə alınan zəlzələlərdən sonra dekabrın 18-də vulkan püskürməsinin ardından ətraf şəhərlər üçün xəbərdarlıq edilib.

Tüstü və kül qoxusu vulkandan 30 kilometr uzaqda belə hiss olunarkən, kül buludlarının gün ərzində paytaxt Reykyavikə çatacağı xəbərdarlığı edilib.

Paytaxt sakinləri BBC-yə müsahibələrində partlayış zamanı səmada qırmızı şimşəklər gördüklərini bildiriblər.

İslandiyanın xarici işlər naziri Bjarni Benediktsson X sosial media hesabından verdiyi açıqlamada vulkan püskürməsi səbəbindən ölkənin hava nəqliyyatında heç bir çətinlik olmadığını bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu