Myanmada silahlı qrupların Çinə gedən sərhəd qapısını ələ keçirdiyi iddia edilib


Oktyabrın 27-də Myanmada ordu qüvvələrinə qarşı əməliyyatlarını davam etdirən silahlı qrupların Çinə gedən sərhəd qapısını ələ keçirdiyi iddia edilib.



Myanma mətbuatında yer alan xəbərlərə görə, sərhəd qapısı Myanma Milli Demokratik Alyans Ordusu (MNDAA), Buddist Arakan Ordusu və Ta'ang Milli Azadlıq Ordusu adı altında bir araya gələn silahlı qruplar tərəfindən ələ keçirilib.

Associated Press-ə danışan bölgə sakinləri, ordunun dəstəklədiyi milis qüvvələrinin dekabrın 18-də baş verən qarşıdurmalardan sonra silahı yerə qoyması nəticəsində MNDAA ünsürlərinin sözügedən sərhəd qapısına nəzarəti ələ keçirdiklərini iddia ediblər.

Digər tərəfdən Taanq Milli Azadlıq Ordusu vilayətin iki şəhərinin ələ keçirildiyini də iddia edib.

Laukkaing şəhəri Çin kibercinayətkar təşkilatlarının yerli silahlı qruplarla ortaq şəkildə onlayn fırıldaqçılıq fəaliyyətləri həyata keçirdiyi ərazi kimi tanınır.

Myanmanın ən böyük etnik silahlı qruplarından biri olan Birləşmiş Wa Dövlət Ordusu (UWSA) sentyabrın 9-da ölkədə kiber fırıldaqçılıq törətdiyi iddia edilən 1207 çinlini vətənə qaytarıb.

Oktyabrın 27-də ordu qüvvələrinə qarşı silahlı aksiyalarını davam etdirən silahlı qruplar Myanma hərbi hakimiyyətinə qarşı müqavimətini genişləndirib.

“Üç Qardaş Alyansı” indiyədək ordu qüvvələrinin 200-dən çox hərbi məntəqəsini və 5 sərhəd qapısını ələ keçirdiyi halda, alyansa bağlı silahlı qruplar qarşıdurmalarda yüzlərlə Myanma əsgərinin öldürüldüyünü iddia edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu