Kuril adaları yaxınlığında 6,5 ​​bal gücündə zəlzələ baş verib


Rusiya və Yaponiya yaxınlığındakı Kuril adaları sahillərində 6,5 bal gücündə zəlzələ baş verib.



ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin episentrinin Kuril adalarından təxminən 113 kilometr cənub-şərqdə olduğunu bildirib.

İlkin məlumata görə, yerin təxminən 23,8 kilometr dərinliyində baş verən 6,5 bal gücündə zəlzələdə can və ya mal itkisi olmayıb.

Zəlzələdən sonra sunami xəbərdarlığı olmayıb.

Kuril adaları kimi tanınan adalar silsiləsi Sakit okeanın şimalını Oxot dənizindən ayırır.

Adaların bir tərəfində Yaponiyanın Hokkaydo adası, digər tərəfində isə Rusiyanın Kamçatka yarımadası yerləşir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu