Kirmanda terror aktın nəticəsində ölənlərin sayı 84-ə çatıb


İranın Kirman vilayətində Qasım Süleymaninin məzarı yaxınlığında törədilən iki ayrı partlayışda ölənlərin sayı 84-ə çatarkən, yaralananların ümumi sayının 284 olduğu açıqlanıb.



İranın rəsmi agentliyi İRNA-nın məlumatına görə, terror aktından sonra Kirmana gedən daxili işlər naziri Əhməd Vahidi hadisə ilə bağlı açıqlama verib.

Partlayışdan sonra 103 olaraq elan edilən və daha sonra 95-ə yenilənən ölənlərin sayına toxunan Vahidi, məhkəmə-tibb məlumatlarına görə həyatını itirənlərin sayının 84 olduğunu bildirib.

Partlayışdan sonra yaralılar üzərində 119 cərrahiyyə əməliyyatı aparıldığını qeyd edən Vahidi yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğunu bildirib.

Hadisə anından 284 nəfərin yaralandığını deyən Vahidi xəstəxanalarda yaralananların sayının 220-yə çatdığını, bəzilərinin isə evə buraxıldığını bildirib.

İranın fövqəladə hallar üzrə rəhbəri Cafer Miadfer, son olaraq 95 olaraq açıqlanan ölü sayının 84-ə qədər yenilənməsi ilə bağlı verdiyi açıqlamada bəzi cəsədlərin parçalanması səbəbindən sayda dəyişiklik olduğunu bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu