İndoneziyada Levotobi Laki-Laki vulkanı püskürdü


İndoneziyada Levotobi Laki-Laki vulkanının püskürməsindən sonra ən yüksək həyəcan səviyyəsinə çatılıb.



Bu barədə Volcano Discovery saytı xəbər verib.

Püskürmə İndoneziyanın şərqindəki Flores adasındakı dağlarda həftələrlə davam edən vulkanik fəaliyyətdən sonra baş verib.

Bölgə sakinlərinin təxliyəsinə göstəriş verən səlahiyyətlilər vulkanın hələ də aktiv olduğunu bildiriblər.

Yanvarın 1-də İndoneziyada Levotobi Laki-laki vulkanı aktivləşdikdən sonra qadın və uşaqlar da daxil olmaqla 1172 sakin təxliyə edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu