İsrail ordusu Livanın cənubuna 15 hava zərbəsi endirib


İsrail ordusunun Livanın cənubundakı bölgələrə ən azı 15 hava hücumu təşkil etdiyi bildirilib.



Livanın rəsmi agentliyi NNA-da yer alan xəbərə görə, İsrail ordusu Sluki vadisi, Huceyra vadisi və Hula qəsəbəsi ətrafına 15 hava zərbəsi endirib.

İsrail ordusunun Livan sərhədinə çox yaxın olan Kefrkilla qəsəbəsini “Merkava” tipli tankla hədəfə aldığı da qeyd edilib.

2023-cü il oktyabrın 8-dən İsrail ordusu ilə Hizbullah arasında sərhəddə davam edən qarşıdurmalarda 29 livanlı mülki vətəndaş və 161 Hizbullah üzvü, həmçinin 6 İsrail vətəndaşı və 10 İsrail əsgəri həlak olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu