Hindistanın Manipur əyalətindəki qarşıdurmada 1 komando həyatını itirib


Hindistanın tez-tez zorakılıqlara səhnə olan Manipur əyalətində Kuki icması ilə təhlükəsizlik qüvvələri arasında baş verən qarşıdurmada bir komando həyatını itirib.



Hindustan Times-ın məlumatına görə, ştatda polis əməkdaşını öldürdüyünə görə iki nəfər saxlanıldıqdan sonra zorakılıqlar başlayıb.

More şəhərində Kuki icmasının üzvləri təhlükəsizlik postuna bomba və silahla hücum ediblər.

Təhlükəsizlik qüvvələrinin reaksiyası nəticəsində başlayan qarşıdurmada bir komando həyatını itirib, digəri isə yaralanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu