Ukrayna Silahlı Qüvvələri NATO-nun tövsiyə etdiyi standartların 88 faizini qəbul edib


Ukrayna 2023-cü ilin dekabrından daha 18 NATO standartını tətbiq edib və bu iş davam etdiriləcək. Bu barədə Ukrayna hərbi idarəsinin saytında məlumat verilib.


Tətbiq edilən standartlar arasında rabitə, informasiya-kommunikasiya və nəqliyyat təminatı sahələrində dəniz hazırlığı standartları var. “Ümumilikdə, Müdafiə Nazirliyinə, Ukrayna Silahlı Qüvvələrinə və təhlükəsizlik və müdafiə sektorunun digər komponentlərinə 315 NATO standartı tətbiq edilib ki, onlardan 192-si (planlaşdırılanların 88%-i) tərəfdaşlıq məqsədləri çərçivəsindədir. Bunlar Ukrayna və NATO-nun prioritet standartlarıdır – deyə Ukrayna müdafiə nazirliyi qeyd edib. İdarədən əlavə ediblər ki, daha 123 standart təşəbbüs əsasında qəbul edilib.

Ukrayna müdafiə nazirinin müavini general-leytenant İvan Qavrilyuk bildirib ki, 2024-cü ildə təhlükəsizlik sektorunda daha 50 NATO standartının tətbiqi planlaşdırılır. Qavrilyuk bundan əvvəl NATO-nun 219 standartın qəbulunu tövsiyə etdiyini bildirmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu