Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 238 nəfərə çatıb


Yaponiyanın qərbindəki İşikava əyalətində və bu bölgədəki Noto yarımadasının sahillərində baş verən zəlzələlərdə həyatını itirənlərin sayı 238-ə yüksəlib.



İşikava əyalətinin qubernatorluğundan verilən açıqlamada yanvarın ilk həftəsində baş verən çoxsaylı zəlzələlərdə ölənlərin sayının 238-ə yüksəldiyi bildirilib.

Açıqlamada təxminən 15 min insanın hələ də təxliyyə məntəqələrində qaldığı, xəbər alınmayan 19 nəfərin axtarışlarının davam etdiyi qeyd edilib.

İşikava qubernatoru Hase Hirose açıqlamasında bütün əyalətdə yenidənqurma layihələrinin təşviq ediləcəyini bildirərək, "İtirdiklərimizin xatirələrimizdə yaşaması üçün irəli getməliyik" ifadələrini işlədib.

Qubernator Hase zəlzələdən sonra evakuasiya edilənlərin otellər də daxil olmaqla yaşayış yerlərinə daşınmasında yaşanan problemlərə görə ictimaiyyətdən üzr istəyib.

Bu arada mərkəzi hökumət yenidənqurma layihələri çərçivəsində yaşı müəyyən səviyyədən yuxarı olan ev təsərrüfatları üçün hər evə 6 milyon yen (41 min dollar) yardım edəcəyini açıqlayıb.

Yaponiya Meteorologiya Agentliyinin (JMA) məlumatına görə, yanvarın 1-dən 5-dək Noto yarımadasında və İşikava sahillərində 5-7 bal gücündə çoxlu zəlzələ baş verib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu