Çin geostasionar orbitə məxfi rabitə peyki buraxıb


Çin iddialara görə hərbi kəşfiyyat məqsədləri üçün kosmosa məxfi rabitə sınaq peyki göndərdi.



Çinin Sinxua xəbər agentliyinin verdiyi xəbərə görə, peyk dünən axşam saatlarında Haynan adasındakı Vinçang Kosmos Fırlatma Mərkəzindən "Uzun Yürüş-5 Y7" raketi ilə orbitə buraxılıb.

Bildirilib ki, Geostasionar Orbitdə planlaşdırılan yerdə məskunlaşan peyk çox diapazonlu və yüksək sürətli rabitə texnologiyası təcrübələrində istifadə olunacaq.

Çin Aerokosmik Elm və Texnologiya Korporasiyası (CASC) peykin adının “TJSW-11” olduğunu açıqlayıb.

Çin dilində "rabitə", "texnologiya" və "sınaq" mənasını verən "tongxin", "jishu" və "shiyan" sözlərinin baş hərflərindən sonra adlandırılan "TJS" peyklərinin hərbi kəşfiyyat məqsədləri üçün hazırlanmış peyk proqramı olduğu iddia edilir.

Peyklərin funksiyası gizli saxlanılsa da, onların sınaqdan keçirildiyi və erkən xəbərdarlıq, siqnal kəşfiyyatı və digər hərbi məqsədlər üçün istifadə edildiyi təxmin edilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu