NATO-nun "Dynamic Manta 2024" təlimi başlayır


NATO tərəfindən yerüstü və sualtı döyüşlərdə müttəfiq ölkələr arasında əməkdaşlığın təkmilləşdirilməsi və təlim səviyyəsinin artırılması məqsədilə təşkil edilən "Dynamic Manta 2024" təlimi 26 fevral – 8 mart tarixləri arasında keçiriləcək.



NATO Müttəfiq Dəniz Komandanlığından (MARCOM) verilən açıqlamaya görə, MARCOM tərəfindən təşkil edilən və İtaliya Hərbi Dəniz Qüvvələrinin ev sahibliyi ilə bu gün başlayacaq və martın 8-dək davam edəcək təlimə NATO müttəfiqləri Türkiyə, Kanada, Fransa, Almaniya, Yunanıstan, İtaliya, İspaniya, Böyük Britaniya və ABŞ qatılacaq.

İtaliyanın cənubundakı Siciliya adasının sahillərində həyata keçiriləcək təlim çərçivəsində 9 ölkənin müttəfiq gəmiləri, sualtı qayıqları və dəniz patrul təyyarələri birgə təlim üçün bir araya gələcək.

"Dynamic Manta 2024" təlimi bütün iştirakçı ölkələrin qoşunları və elementlərinin səthin altındakı hər cür təhdidlərə cavab verməsi üçün daim inkişaf edən sualtı mühitdə sualtı ekipajların qarşılıqlı fəaliyyət qabiliyyətini və bacarıqlarını artırmaq məqsədi daşıyır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu