İordaniya: 15 ölkənin dəstəyi ilə Qəzzaya 28 hava yardımı edildi


İordaniya ordusu 15 ölkənin dəstəyi ilə Qəzza zolağının şimalına humanitar yardım atdıqlarını açıqlayıb.


Məsələ ilə bağlı İordaniya ordusunun rəsmi saytında açıqlama verilib.

Açıqlamada Qəzzanın şimalına dost və qardaş ölkələrlə birgə 8 təyyarə ilə ərzaq və humanitar yardımların atıldığı, İordaniya Silahlı Qüvvələrinin Kral Hərbi Hava Qüvvələrinə aid 3 ədəd C-130 tipli təyyarəsindən istifadə etdiyi bildirilib. O cümlədən 3 ABŞ, 1 Misir və 1 Fransa təyyarəsi yardımın çatdırılmasında iştirak edib.

“Bu, indiyə qədər həyata keçirilən ən böyük yardım əməliyyatıdır” - deyə qeyd edilən açıqlamada yardımın Qəzzanın şimalındakı müxtəlif nöqtələrə göndərildiyi bildirilib.

Bəyanatda həmçinin qeyd olunub ki, İsrail Qəzzaya hücumlara başladığı gündən 15-i dost ölkələrlə əməkdaşlıqda olmaqla ümumilikdə 28 hava yardımı edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu