ABŞ-da 2 nəfərə işgəncə verən keçmiş polis məmuru 40 il müddətinə azadlıqdan məhrum edilib


ABŞ-da keçmiş polis məmuru xidməti zamanı iki nəfərə işgəncə verdiyinə görə 40 il həbs cəzasına məhkum edilib.


CNN-in məlumatına görə, ABŞ-ın rayon hakimi Tom Li 2023-cü ilin yanvarında hücuma görə məhkum olunan 6 polisdən biri Kristian Dedmonla bağlı qərarı açıqlayıb.

Dedmonun Maykl Jenkins və Eddie Parkerə təsəvvür edə biləcəyiniz ən sarsıdıcı və qəddar hücumları həyata keçirdiyini ifadə edən Li, onun 40 il həbs cəzasına məhkum edildiyini bildirdi.

Dedmon da daxil olmaqla 6 polis məmuru 24 yanvar 2023-cü ildə şikayət əsasında Jenkins və Parkerin evinə gedib.

Polis axtarış qərarı olmadan evə daxil olub və Jenkins və Parkeri saatlarla döyüb, onlara səs-küy salan silahlarla işgəncə verib və irqçi ifadələr işlədib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu