Ukrayna: Rusiya 60-dan çox PUA və 90-a yaxın müxtəlif modelli raketlərlə hücum edib


Rusiya 60-dan çox “Şahed” tipli pilotsuz uçuş aparatı (PUA) və 90-a yaxın müxtəlif növ raketlə Ukrayna ərazisinə hücum edib.


Bunu Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib. Zelenski sosial media hesabından verdiyi açıqlamada Rusiyanın gecə saatlarında Ukraynaya PUA və raket hücumu həyata keçirdiyini bildirib. O, Rusiyanın enerji obyektlərini hədəfə aldığını vurğulayıb.

"Dünya rus terrorçularının hədəflərini mümkün qədər aydın görür: elektrik stansiyaları və təchizat xətləri, su elektrik bəndi, adi yaşayış yerləri, hətta trolleybus. Rusiya sadə insanların həyatına müharibə elan edib. Bu terror nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına başsağlığı verirəm" - deyə Zelenski qeyd edib.

Hücumdan zərər çəkmiş bütün şəhərlərdə fövqəladə hallar xidmətinin işlədiyini vurğulayan Ukrayna prezidenti Xarkov, Zaporojya, Sumi, Poltava, Dnepropetrovsk, Odessa, Xmenitski, Vinnitsa və İvano-Frankivsk rayonlarının elektrik enerjisinin bərpası istiqamətində işlərin davam etdiyini bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu