Yaponiyanın ən yaşlı kişisi 112 yaşında vəfat edib


Yaponiyanın ən yaşlı kişisi olan Sonobe Qisaburo 112 yaşında vəfat etdiyi açıqlanıb.



Rəsmi Kyodo agentliyinin məlumatına görə, 6 noyabr 1911-ci ildə anadan olan Sonobe paytaxtın şərqindəki Çiba əyalətində vəfat edib.

Sonobenin yaşadığı Tateyama Bələdiyyəsi qocanın ölümünün dəqiq tarixi və səbəbini ailə səbəbləri ilə bağlı açıqlamayıb.

Sələfi Nakamura Şiqeki 2022-ci ilin noyabrında 111 yaşında Xirosimada vəfat etdikdən sonra Sonobe Yaponiyanın ən yaşlı kişisi titulunu qazanıb.

Qeyd edək ki, dünyanın ən yaşlı kişisi olduğu deyilən Xuan Visente Peres Mora həftə içində Venesuelada 114 yaşında vəfat edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu