Kolumbiya ordusu milyonlarla sursat itirib


Kolumbiya prezidenti Qustavo Petro Kolumbiya ordusunun milyonlarla güllə, minlərlə qumbara və çoxlu raket itirdiyini bildirib.



Qustavo Petro bildirib ki, itirilmiş silah-sursatların statistikası hərbi bazalarda son yoxlamalar zamanı ortaya çıxıb.

O, itkilərə görə daxili korrupsiyanı günahlandıraraq, hərbçilərin silah alverçilərinə silah satdığını deyib.

Müdafiə naziri itirilmiş sursatlarla bağlı araşdırmaların davam etdiyini bildirib.

İtirilmiş silahların müvafiq olaraq fevralın 12-də və aprelin 1-də iki hərbi bazaya (Tolemaida və La Quajira) qəfil səfərlər zamanı aşkar edildiyi açıqlanıb.

Tolemaidada sadalanan inventardan 808 mindən çox güllə və 10 minə yaxın qumbara çatışmazlığı aşkarlaıb.

La Quajiradakı uyğunsuzluqlara təxminən 4,2 milyon güllə və 9,300-dən çox qumbara daxildir.

Petro həmçinin bildirib ki, bazada iki “Spike” raketi, 37 “Nimrod” raketi və 550 reaktiv qumbaraatan yoxa çıxıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu