Almaniya Göbbelsin evini hədiyyə edəcək


Almaniya hökumətinin 17 hektarlıq böyük bir ərazini əhatə edən evi satmamasından sonra alman nasist təbliğatçısı Cozef Göbbelsin villasının onu istəyənə pulsuz veriləcəyini açıqlayıb.



Berlinin maliyyə naziri Stefan Evers əyalət parlamentində çıxış edərək Hitlerin təbliğat naziri Cozef Göbbelsə məxsus villanı hədiyyə etmək istədiklərini bildirib.

Hökumətin əmlakı satmaq cəhdlərində uğursuzluğa düçar olması və hökumətin kompleksin saxlanması və təhlükəsizliyini qorumaq üçün vəsait ödəməkdən imtina etməsindən sonra iqamətgah yararsız vəziyyətə düşüb. Bildirilib ki, iqamətgahda ağacların aşması, dam örtüyünün mamır basması və köhnəlmiş divarlarda problemlər yaranıb.

Hökumətin söküntü qərarına vətəndaşların reaksiyası səbəbindən söküntü planı da ləğv edilib.

Qeyd edək ki, Hitlerin ən yaxın müttəfiqlərindən biri olan Goebbelsə məxsus lüks villa 1939-cu ildə Berlindən təxminən 40 kilometr şimalda, Wandlitz şəhəri yaxınlığında, Bogensee gölünə baxan meşəlik ərazidə tikilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu