Ermənistanda tibb işçisi koronavirusa yoluxdu




Ermənistanın paytaxtı Yerevan şəhərində xəstəxanalardan birində tibb bacısı koronavirusa yoluxub.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ermənistanın səhiyyə naziri Arsen Torosyan martın 19-da məlumat verib.

Onun sözlərinə görə, həmin tibb bacısı yoluxucu xəstəliklər xəstəxanasında peşə vəzifəsini icra edərkən yoluxub: “O, hospitala yerləşdirilib”.

Qeyd edək ki, rəsmi məlumata görə, Ermənistanda 115 nəfər koronavirusa yoluxub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu