Fransada tanınmış caz ustası koronavirusdan öldü




Tanınmış Afro-caz ustası, saksofonçu Manu Dibanqo koronavirusdan dünyasını dəyişib.

Koronavirusa yoluxmuş 86 yaşlı Manu Dibanqo bu gün səhər saatlarında Paris xəstəxanalarından birində vəfat edib.

Qeyd edək ki, Kamerun əsilli tanınmış caz ifaçısı 1949-cu ildə Marselə gəlib və ömrünün sonunadək Fransada yaşayıb. Caz ustası 1972-ci ildə "Soul Makossa" hiti ilə dünyada tanınıb. O, 2010-cu ildə “Fəxri legion ordeni”nin kavaleri adına layiq görülüb.

Hazırkı vəziyyətlə əlaqədar onun dəfn mərasiminin qapalı keçiriləcəyi, mümkün olduğu vaxt xatirəsinə həsr olunmuş mərasim təşkil ediləcəyi bildirilib.//APA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu