Koronavirusu aşkarlayan sensorlu maska hazırlanır





Biomühəndislər koronavirus diaqnozu qoyan sensorlu maskalar üzərində çalışırlar.

“Report” xəbər verir ki, bu barədə məlumatı “Business Insider” yayıb.

Məlumata görə, virus daşıyıcısı nəfəs aldığı, öskürdüyü və asqırdığı halda sensorlar hərəkətə keçəcək və maskanın üzərindəki işıq yanıb-sönməyə başlayacaq.

Bildirilib ki, layihənin rəhbəri Massaçusets Texnologiya Universitetinin (MIT) professoru Ceyms Cim Kollinsdir.

“Hələlik araşdırmanın ilkin mərhələsindəyik. Ancaq ilk sonucların ümidverici olduğunu söyləyə bilərəm. Maskanın proyeksiyası üzərində də işlər gedir. Layihəmizin yay sonunadək istifadəyə hazır vəziyyətə gəlməsinə ümid edirik. O mərhələyə gəldikdə yoluxmuş insanlar üzərində təcrübə keçirəcəyik. Beləliklə, maskanın gerçək həyatda istifadəyə məqbul olub-olmadığını təyin edəcəyik”, - o deyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu