Putindən sonra kimin olacağı bilindi - Kremlin “ideya babası” ad açıqladı




Rusiyada iyulun 1-də keçiriləcək konstitusiya referendumu dünya mediasının gündəmindədir. Yada salaq ki, konstitusiyaya əsas siyasi dəyişiklərə əsasən, məmurlar, deputatlar və digər vəzifəli şəxslərin xarici ölkənin vətəndaşı olması və ya xarici ölkədə yaşamaq hüququna malik olması qadağan ediləcək.



Prezident olmaq istəyən şəxs Rusiyada ən azı 25 il yaşamalı (indi bu müddət 10 ildir) və nə namizədliyi dövründə, nə də ondan əvvəl xarici vətəndaşlığı olmamalıdır. Bundan əlavə, konstitusiyanın bir şəxsin iki müddət seçilmə hüququ barədə bəndindən “ard-arda” sözü götürüləcək. Bundan başqa, Rusiya Federal Məclisinin səlahiyyətləri genişləndiriləcək. Prezidentin baş nazirin namizədliyini rədd etmək hüququ olmasa da, onu işdən azad etmək səlahiyyəti qalacaq. Güc strukturları rəhbərlərini prezident Federasiya Şurası ilə razılaşdırdıqdan sonra təyin edə biləcək.

Vladimir Putinin hakimiyyətdə qalmaq müddəti 2024-cü ildə başa çatır və ölkəsinin konstitusiyasına uyğun olaraq, o, bir daha prezident seçilə bilməzdi.

2024-cü ildə Rusiya liderinin 71 yaşı olacaq. Bu yaş isə hazırda hakimiyyətdə olan bir sıra prezidentlə müqayisədə belə Putinə yenidən kürsüsündə qalmaq şansı verir.

Konstitusiya referendumuna qədər Putinin gələcək taleyi ilə bağlı xeyli iddialar vardı. Məsələn, iddia olunurdu ki, Putin prezident postundan getməyi planlaşdırır, amma bunun əvəzinə daha bir vəzifə - Rusiya və Belarusun birləşdiyi dövlətin başçısı postunu tutacaq. Eyni zamanda, onun hakimiyyəti ötürmək üçün varis planı üzərində düşündüyü deyilirdi.

Həmin varislər sırasında adı çəkilənlərdən biri də hazırda Dövlət Dumasının spikeri olan Vyeçeslav Volodin idi. Volodin isə gözlənilmədən konstusiya dəyişikliyi ilə bağlı məqalə ilə çıxış etdi. Volodini Kremlin ideya generatoru, ideya babası da adlandırırlar. Bildirilirdi ki, Volodinin məqaləsi Kremlin ortalığa atdığı özünəməxsus nəbz yoxlaması idi.

Prezidentlikdə qalmaq müddətinin ləğv edilməsi və Putinin daha altı il hakimiyyətdə qalmasına imkan yaratmağı da özündə ehtiva edən dəyişikliklər təklifinə bütün Rusiya siyasətçiləri öz fikirlərini bildirdilər. Amma Putindən başqa. Qərb mətbuatı o zaman yazırdı ki, Putin öz mövqeyini elan etmək üçün əlverişli anı gözləyir. Nəhayət, 2020-nin yanvar ayının 20-də Federasiya Şurasına illik müraciətində Putin hakimiyyətdə qalmaq üçün konstitusiya dəyişikliklər təklifi ilə çıxış etdi.

Rusiya Dumasının spikeri V.Volodin bir neçə gün sonra keçiriləcək referendum haqda gazeta.ru saytına geniş müsahibə verib. Volodin deyib ki, konstitusiyaya edilən dəyişiklikləri Rusiyanı daha da gücləndirəcək, çünki bunlar cəmiyyətin tələbidir.

Spiker bildirib ki, Vladimir Putindən sonra qurduğu sistemi davam etdirəcək və ölkənin əsas qanununa edilən dəyişikliklər Rusiyanı daha da gücləndirəcəkdir. Onun sözlərinə görə, gələcək dövlət başçısı hazırkı prezidentin kursunun davam etdirəcək.

"Əgər güclü Rusiya haqqında danışırıqsa, onda Putindən sonra yenə Putin olacaq. Prezident Putindən sonra baş verən hər şey onun qoyduğu siyasi iradənin davamı olacaq. Rusiya yalnız bu halda güclü ola bilər. Prezidentin təklif etdiyi konstitusiya dəyişiklikləri, Dövlət Dumasına əlavə səlahiyyətlər verir, bu, prezident səlahiyyətlərinin bir hissəsinin vətəndaşlara verilməsi deməkdir" deyə, spiker bildirib.//Musavat.com



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu