Məhəbbət Vəliyevanın işdən çıxmasının səbəbi açıqlanıb


Təhsil Nazirliyi nazir müavini Məhəbbət Vəliyevanın işdən çıxmasının səbəbini açıqlayıb.


“Report”un sorğusuna cavab olaraq nazirlikdən bildirilib ki, M.Vəliyeva 2020-ci ilin dekabrın 25-də öz ərizəsinə əsasən, səhhəti ilə bağlı tutduğu vəzifədən azad edilib

Qeyd edək ki, M.Vəliyeva 1968-ci ildə Bakı şəhərində anadan olub. O, 2014-2015-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini, 2015-2018-ci illərdə BŞTİ-nin müdiri vəzifələrində çalışıb. M.Vəliyeva 2018-ci ilin iyunun 27-də təhsil nazirinin müavini vəzifəsinə təyin edilmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu