Dmanisidə gərginliyə son qoyuldu


Gürcüstanın Dmanisi rayonunda mübahisə tərəfləri arasında barışıq əldə olunub.


Bu barədə şərqi Gürcüstanın müftisi Etibar Eminov Dmanisi meriyasında keçirilən görüşdən sonra bildirib.

Onun sözlərinə görə, tərəflər bir-birini bağışlayıb: “Məişət zəminində baş vermiş qarşıdurma daha da gərginləşə bilərdi. Gərginliyə din xadimləri, dövlət rəsmiləri və Dmanisi sakinlərinin iştirakı ilə son qoymaq mümkün oldu”.

Görüşdən sonra tərəflər barışıq rəmzi olaraq əl sıxıblar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu