Son sutkada koronavirusa yoluxanların sayı açıqlandı


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 68 yeni yoluxma faktı qeydə alınıb, 274 nəfər müalicə olunaraq sağalıb.


Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 5 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 334 715 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 326 893 nəfər müalicə olunaraq sağalıb, 4 941 nəfər vəfat edib. 2 881 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 794, bu günə qədər isə ümumilikdə 3 567 745 test icra olunub.

Bu gün koronavirus (COVID-19) əleyhinə 33 084 vaksin vurulub.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 29 275, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 809 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 2 546 169, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 611 165, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 935 004 təşkil edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu