Avropa çempionatına akkreditə olunmuş şəxslər Bakı metrosundan pulsuz istifadə edəcək


Avropa çempionatına akkreditə olunmuş şəxslər Bakı metropolitenindən gediş haqqı ödəmədən və müvafiq vəsiqəni təqdim edərək istifadə edə biləcəklər.


Bu barədə “Bakı Metropoliteni” QSC-nin yaydığı məlumatda bildirilib.

Qeyd edək ki, Bakıda keçiriləcək futbol üzrə UEFA Avropa çempionatının final mərhələsinin oyunları ilə əlaqədar futbol azarkeşlərinin, akkreditə olunmuş şəxslərin və şəhərimizin qonaqlarının marağını nəzərə alaraq, matçlar başa çatandan sonra gecə saat 02:00-a qədər metropoliten sərnişindaşıma fəaliyyəti göstərəcək.

Beləliklə, Avropa çempionatının əhəmiyyəti, paytaxta gələcək idmansevərlərə nümunəvi xidmət etmək məqsədilə metropoliten stansiyaları iyun ayı ərzində hər gün sərnişindaşıma fəaliyyəti göstərəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu