Türkiyənin F-16 qırıcıları Azərbaycana gəlib


"Mustafa Kamal Atatürk - 2023" təlimində iştirak etmək üçün Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) F-16 qırıcıları oktyabrın 20-də ölkəmizə gəlib.



Bu barədə AFN.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, Azərbaycan-Türkiyə birgə taktiki təlimi cari ilin 23-25 oktyabr tarixlərində Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası və azad edilmiş ərazilərimiz də daxil olmaqla bir neçə istiqamətdə keçiriləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu