Rövnəq Abdullayevin oğlu Montenegroda həbs edildi - İDDİA


Sabiq SOCAR prezidenti Rövnəq Abdullayevin ərköyün oğlu indi də Avropa mediasının diqqətinə düşüb.



Meianın yazdığına görə Rövnəq Abdullayevin oğlu Rəşad Abdullayev Oktyabrın 5-də Monteneqroya gəlib. Dəbdəbəli içki məclisləri təşkil edən ərköyün Abdullayev 5 ulduzlu Hotel Palas Lux-da qalıb. Lakin oktyabrın 9-da oteldəki dava-dalaşa görə otel rəhbərliyi ərköyün Abdullayevi və onun yanındakı qızları oteldən çıxarıb. Məlum olub ki, qızları başına yığaraq oteldə parti təşkil edən Abdullayev otel əməkdaşını döyüb. Oteldən çıxarılmasına qəzəblənən Rəşad Abdullayev buradakı əşyaları sındırıb və otelin əməkdaşlarını təhqir edib. Monteneqro mətbuatı iddia edir ki, Abdullayev otelin mühafizə xidmətinın rəisinə də xəsarət yetirib. Bundan sonra Monteneqro polisi ərköyün Abdullayev polis bölməsinə aparıb.

Media iddia edir ki, Abdullayev və onun yanında olan Mərakeş vətəndaşı olan iki xanım içkili olub. Rəşad Abdullayev polisin qanuni tələblərinə tabel olmadığı üçün cərimə olunub və ona Miqrasiya İdarəsi tərəfindən 24 saat ərzində ölkəni tərk etmək tövsiyyə edilib. Rəşad Abdullayevin Londona uçduğu bildirilir.

Qeyd edək ki, Rəşad Abdullayevin Londonda da kifəyət qədər böyük əmlakları var. Rəşad Abdullayev hələ 2016-cı ildə Londonun Grosvenor Meydanında ən bahalı mənzillərdən birini4 milyon funtsterlinqə almışdı. Rəşad Abdullayev bu dəbdəbəli London mənzilinə Gernsidə qeydiyyatdan keçmiş şirkət vasitəsilə sahibdir. Üzə çıxan sənədlərdə görünür ki, Rövnəq Abdullayevin oğlu Rəşad Abdullayev Londonun ən bahalı və tanınmış yerlərindən biri olan “Twenty Grosvenor” Meydanında 17,3 milyon funt-sterlinq (təxminən 22,4 milyon dollar) dəyərində dəbdəbəli mənzilin sahibidir. Böyük Britaniyada qəbul edilmiş qanun sayəsində gizli şirkətin benefisiarının Rəşad Abdullayev olduğu üzə çıxıb. Mənzilin alınması üçün ödənilən milyonların mənbəyi bəlli deyil.//ULUSAL.AZ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu