Ərdoğan Əlcəzairə səfərə gedib


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Əlcəzair Prezidenti Əbdülməcid Tebbunun dəvəti ilə bu ölkəyə səfərə gedib.



AFN.az xəbər verir ki, məlumatı “TRTHaber” yayıb.

Səfər çərçivəsində Rəcəb Tayyib Ərdoğan və Əbdülməcid Tebbunun sədrliyi ilə Türkiyə-Əlcəzair Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının ikinci toplantısı keçiriləcək.

Bildirilib ki, səfərdə əsasən Qəzza zolağındakı vəziyyət müzakirə olunacaq.

Məlumata görə, Rəcəb Tayyib Ərdoğanı səfərdə xarici işlər naziri Hakan Fidan, ailə və sosial xidmətlər naziri Mahinur Özdəmir Göktaş, enerji və təbii ehtiyatlar naziri Alparslan Bayraktar, xəzinə və maliyyə naziri Mehmet Şimşek, milli müdafiə naziri Yaşar Güler, ticarət naziri Ömər Bolat, kommunikasiya və infrastruktur naziri Abdulkadir Uraloğlu, Milli İstihbarat Təkilatı başçısı İbrahim Kalın, Prezident Adminstrasiyası Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun və Prezidentin baş müşaviri, səfir Akif Çağatay müşayiət edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu