Nazirlikdən subaylara “evli”, gənclərə “pensiyaçı” SMS-i ilə bağlı AÇIQLAMA+FOTOLAR




Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 190 manatlıq birdəfəlik ödəmə üçün müraciət edən subay şəxslərə həyat yoldaşlarının mülkə və ya nəqliyyat vasitəsinə sahib olması ilə bağlı imtina cavabının verilməsi ilə bağlı açıqlama yayıb.



Qurumun İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Şöbəsinin rəhbəri Fazil Talıbov bildirib ki, həmin şəxslər onlara gələn cavab mesajını təhrif edərək paylaşırlar: “Bəzi subay şəxslər sosial şəbəkə səhifələrində birdəfəlik ödəmədən imtina barədə onlara gələn SMS-dəki “həyat yoldaşının adına 2 və daha artıq daşınmaz əmlak və ya avtomobil olduğu” qeydini konteksdən çıxararaq müzakirə obyektinə çevirirlər. Əslində həmin şəxslərə mesaj mətnində “özünüzün və ya ərinizin (arvadınızın) adına” sözləri yazılıb. Yəni şəxs subay olduqda mesaj onun birbaşa özünə aid olub, ona məxsus əmlakı nəzərdə tutur”.

Qeyd edək ki, həmin şəxslər mesajın fotosunu paylaşaraq nazirlik rəsmisinə cavab veriblər.

Xatırladaq ki, birdəfəlik ödəmə üçün müraciət edən gənclərə imtina səbəbi kimi pensiya almaları, bəzi subay şəxslərə isə həyat yoldaşlarının adında pay torpağı, mülk və ya nəqliyyat vasitələrinin olduğu göstərilib.

Nazirlikdən subaylara “evli”, gənclərə “pensiyaçı” SMS-i ilə bağlı



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu