Özbəkistanda su anbarı daşdı, Qazaxıstanda 22 min nəfər təxliyə edildi (VİDEO)




Özbəkistanda Sardoba su anbarının bir səddinin uçması səbəbindən su altında qalan Qazaxıstanın sərhəd kəndlərindən 22 mindən çox insan təxliyə edilib.

Qaynarinfo xarici mətbuata istinadən xəbr verir ki, bu barədə Qazaxıstan prezidenti Qasım-Comərd Tokayev rəsmi tvitter hesabında yazıb. O, məsələ ilə əlaqədar Özbəkistan hökuməti ilə danışıqlar aparıldığını bildirib.

Qeyd edək ki, mayın 1-də Özbəkistanın Sırdərya vilayətində iki il bundan öncə tikilən su tutumu 922 milyin kubmetr olan Sardoba su anbarı güclü yağış və qasırğa səbəbindən daşıb. Nəticədə Sırdərya çayı sahillərində yerləşən şəhər və qəsəbələr su altında qalıb. Özbəkistanda 56 nəfər yaralanıb və 70 min insan təxliyə edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu