Vilyam Hacıyevdən götürülən pullar büdcəyə keçirilə bilər...




Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən əməliyyat keçirilərək saxlanan İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin qablaşdırıb saxladığı nağd pulların aşkarlanması gündəmi silkələyib.



AFN xatırladır ki, icra başçısının xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilərkən müvafiq ünvanlarda reallaşdırılmış baxış zamanı Vilyam Hacıyevin rayon icra hakimiyyətinin baş mühasibi Cəmil Musayev və başqaları vasitəsi ilə qəbul etdiyi pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, habelə ayrı-ayrı valyutalarda xüsusi qaydada qablaşdırılaraq saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb. Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yaydığı rəsmi məlumatda qeyd edilib.
Məsələ gündəmə gəldikdən sonra ortaya bir sual çıxıb: müsadirə edilən vəsait dövlət büdcəsinə keçirilə bilərmi?
İqtisadçı ekspert Rövşən Ağayev AFN-ə
açıqlamasında bildirdi ki, məhkəmə qərarı ilə bu pulların vəzifəli şəxs tərəfindən qanunsuz yollarla, korrupsiya nəticəsində qazanılması təsdiq edilərsə, onun büdcəyə qaytarılması hüquqidir: “Bunun nünunəsi var: Hesablama Palatası audit aparır, hətta cinayət işi açılmadan hansısa məbləğdə vəsaitin səmərəsiz xərcləndiyini təsbit etdikdə həmin vəsait büdcəyə bərpa edilir. Bu halda da məhkəmə nağd götürlmüş vəsaitlərin, yaxud qanunsuz yolla satılmış əmlakın hərrac yolu ilə satılaraq əldə olunan vəsaitin büdcəyə köçürülməsini təmin edə bilər. Əldə olunan vəsait məhkəmə qərarı əsasında Mərkəzi Xəzinədarlığın Mərkəzi Bankdakı hesabına köçürülə, oradan isə dövlət əmlakından itikilərin bərpası maddəsi altında növbəti ilib büdcə glərilərinə iadə edilə bilər. Bundan əlavə, büdcə təsnifatının gəlirlər hissəsində belə bir maddə var: "Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçmiş əmlakın və dəfinələrin satışından daxilolmalar". Amma bildiyim qədər təcrübədə bu hal baş verməyib”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu