Həbs olunan sabiq icra başçıları bir-biriləri ilə görüşə bilərlər




"Həbs olunan sabiq icra başçıları bir-biriləri ilə görüşə bilərlər”.

Bunu Qaynarinfo-ya açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu Ağstafa, Yevlax, Neftçala, Biləsuvar və İmişli rayonlarının həbs olunan icra başçılarından danışarkən deyib. Onun fikrincə, sabiq icra başçılarının görüşü yalnız məhkəmədən sonra baş tuta bilər:

"Həbs olunan 5 rayonun icra başçıları ay-ayrı yerlərdə saxlanılır. Onların əməlləri birdir -hamısı rüşvətxorluq maddəsi ilə həbs olunub. Hələ ki, həbs olunublar, istintaq gedir və bu müddətdə onların görüşməsi mümkün deyil. Məhkəmədən sonra ola bilər ki, onlar eyni kalona, yaxud da ayrı-ayrı kalonlara düşsünlər”.

Qeyd edək ki, 5 rayonun - Ağstafa, Yevlax, Neftçala, Biləsuvar və İmişli rayonlarının icra başçıları rüşvət və koorupsiyya faktları əsasında kabinetlərində həbs olunub və buna görə vəzifələrindən azad edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu