Qəbələdə DƏHŞƏTLİ QƏTL: Bir yumruqla həmkəndlisini öldürdü - TƏFƏRRÜAT




Qəbələ rayonunda qətl hadisəsi törətməkdə təqsirli bilinən Nurlan Rəhimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

AFN Teleqraf.com-a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Bilal Məmmədovun icraatına verilib.

Yaxın günlərdə məhkəmə prosesi başlanacaq.

İttihama görə, ötən il iyulun 31-də Qəbələ rayonunun Dızaxlı kəndi ərazisində kənd sakini Teymur Səfərçinovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb.

Onun kliniki ölüm keçirməsi bildirilib və avqustun 1-də kənd qəbiristanlığında dəfn edilib.

Araşdırmalarla həmin gün kəndin ərazisində Teymur Səfərçinovla həmkəndlisi Nurlan Rəhimov arasında münaqişə baş verməsi və sonuncunun onu baş nahiyəsinə yumruqla vurduğundan ölməsi müəyyən edilib.

Polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Nurlan Rəhimov tutulub.

İstintaq orqanı tərəfindən Nurlan Rəhimovun barəsində Cinayət Məcəlləsinin 126.3-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə ittiham elan olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu