Polis Şəkidə karantin rejiminə nəzarət edir


Şəki şəhərinin və rayonun Kiş kəndinin giriş-çıxışlarında polis postları qurulub.



"Report"un Şimal-qərb bürosu xəbər verir ki, postlarda polis əməkdaşları və Daxili Qoşunların əsgərləri xidmət aparır. Şəhərə daxil olan avtomobillər yoxlanılır.

Avtomobillər saxlanılarkən sürücülərlə maarifləndirici söhbətlər aparılıb. Onların diqqətinə tibbi maskadan istifadənin vacibliyi çatdırılıb. Onlara bildirilib ki, görülən tədbirlər dünyanı bürüyən və Azərbaycandan da yan keçməyən pandemiyanın qarşısının alınması məqsədi daşıyır. Qaydaları pozanların isə barələrində qanunauyğun tədbirlər görülür.

Qeyd edək ki, ölkəmizin bir neçə şəhər və rayonunda karantin rejimi tətbiq edilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu