Azərbaycanın tanınmış cüdoçusu koronavirusdan sağaldı


Azərbaycan millisinin cüdoçusu Hidayət Heydərov koronavirusdan sağalıb.



Bu barədə "Report"a 23 yaşlı idmançının özü məlumat verib.

81 kq çəki dərəcəsində çıxış edən idmançı bildirib ki, noyabrın 13-də ondan götürülmüş testin nəticəsi mənfi olub.

Cüdoçu müalicəsinə köməklik göstərdiyi üçün federasiyaya təşəkkür edib.

Qeyd edək ki, Hidayət Heydərov Azərbaycan millisinin noyabrın 19-da Çexiyanın paytaxtı Praqada start götürəcək Avropa çempionatı üçün açıqlanmış heyətində yer almayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu