Ana və 2 yaşlı oğlu dəm qazından boğularaq öldü


Bərdədə bir ailənin iki üzvü dəm qazından boğularaq ölüb.


Hadisə rayonun H.Əliyev prospektində baş verib.

Belə ki, Yevlax rayon sakini, 1995-ci il təvvəlüdlü Yusifova Ayşən Eldəniz qızı və övladı 2019-cu il təvvəlüdlü Əliyev Tunar Vüsal oğlu Bərdə rayonunda yaşadıqları evdə dəm qazından boğularaq ölüblər.

Onların meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu