Metroda problem yarandı, sərnişinlər düşürüldü


Metronun "Nizami" stansiyasında vaqonlardan birinin qapısının bağlanmasında problem yaranıb.


Bu barədə AFN.az-a “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

Bildirilib ki, təlimat qaydalarına uyğun olaraq, qatara baxış təyin edilib. Əlavə baxış keçirilməsi zərurəti yarandığından sərnişinlər stansiyada düşürülüb. Qatar mənzili sərnişinsiz qət etdiyi üçün iki qatar arasında olmaq şərtilə, intervaldan əlavə 2 dəqiqəlik yubanma qeydə alınıb.

Hazırda problemin səbəbləri araşdırılır. Bu barədə əlavə məlumat veriləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu