10 yaşlı qız üç azyaşlını yanğından xilas etdi - TƏFƏRRÜAT


Ukraynanin Sumi vilayətində evdə baş verən yanğında şok hadisə yaşanıb. Evdə dörd uşaq tək qaldığı halda, onların xilas əməliyyatı eşidən hər kəsi təəccübləndirib.


Ukrayna Fövqəladə Hallar Dövlət Xidmətinin Telegram səhifəsində bildirilir ki, hadisə aprelin 7-də səhər saatlarında, uşaqlar yuxuda olarkən baş verib. 5 yaşlı David yanğın barədə böyük bacısın xəbərdar edib. Böyük bacı olan 10 yaşlı Nikita yanğını söndürməyə çalışsa da, buna nail ola bilməyib. Bundan sonra o, qardaş və bacılarını xilas etməyə başlayıb. "Qolumu isladıb tez bir qolumda Boqdanoçkanı, sonra isə Saşenkanı daşımağa başladım. Sonra başım fırlandı", - deyə Nikita başılarına gələn hadisəni nəql edib. Balaca qızın bu qəhrəmanlığı hər kəs tərəfindən alqışla qarşılanıb.

Kiçik qardaş və bacıların 1, 4 və 5 yaşı var. Uşaqların qışqırıq səsini qonşular eşidəndə köməyə qaçaraq onları evlərinə aparıb və xilasediciləri çağırıblar.

Yanğınsöndürənlər bildiriblər ki, evdə mebel, məişət texnikası yanıb, alov dam örtüyünə və tavana keçib. Alov tez yanar konstruksiyalardan keçib, lakin Fövqəladə Hallar Nazirliyinin əməkdaşları bu yanğını söndürüb və alovun bütün evi əhatə etməsinin qarşısını alıblar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu