Bolşereçenski heyvanxanasında ağ ayı boğulub


Rusiyadakə heyvanxanalardan birində yaşayan ağ ayı insult keçirərək ölüb.


AFN.az yerli mediaya istinadən xəbər verir ki, Omsk Mədəniyyət Nazirliyinin məlumatına görə, Bolşereçenski heyvanxanasında yaşayan qütb ayısı Zabava hovuzdan çıxa bilməyib və boğulub. Yarılma zamanı məlum olub ki, Zabava beyin qanaması keçirib.

Eyni zamanda, idarədən ayının orqanlarının mükəmməl vəziyyətdə olduğu qeyd edilib ki, bu heyvanın düzgün saxlandığını göstərir.

Ayının ölümü ilə bağlı məlumatı Omsk vilayətinin qubernatoru vəzifəsini icra edən Vitali Xotsenko təsdiqləyib. O, hadisənin başvermə səbəblərinin araşdırılması ilə bağlı göstəriş verib. Araşdırmadan sonra bəlli olacaq ki, Zabavanın ölümünə səbəb hansısa xəstəlikdir, yoxsa səhlənkarlıq.

Qeyd edək ki, Zabava 2020-ci ildə Bolşereçenski zooparkına İjevsk vilayətindən gəlib. Dekabrda onun 10 yaşı tamam olacaqdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu