Gəncədə xəstəxanada baş vermiş yanğın zamanı 148 nəfər təxliyə olunub


“Gəncədə xəstəxanada baş vermiş yanğın zamanı 148 nəfər təxliyə olunub”.


Bunu "Report"a Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Dövlət Yanğın Mühafizə İdarəsinin rəis müavini, daxili xidmət polkovniki Fuad Hüseynov deyib.

O bildirib ki, Gəncə Şəhər Abbas Səhhət adına 1 saylı Xəstəxanada qeydə alınmış yanğın yerinə, 5 yanğınsöndürən avtomobil, 50 nəfər şəxsi heyət və regional idarənin xüsusi riskli xilasediciləri cəlb edilib:

“Hadisə yerində çatanda məlum oldu ki, xəstəxananın zirzəmisində yerləşən 3 ədəd elektrik şitində yanğın baş verib və tüstülənmə olub. Tüstülənmə xəstəxana binasının 5 mərtəbəsinə də yayılıb. Dərhal yanğın tərəfimizdən söndürülüb və 58 nəfər xəstə və 90 nəfər xəstəxananın çalışanı təxliyə edilib. Hadisə nəticəsində 1 nəfər xəstə dünyasını dəyişib. Hadisənin səbəbləri araşdırılır”.

Qeyd edək ki, Gəncə Şəhər Abbas Səhhət adına 1 saylı Xəstəxanadan təxliyə olunan xəstələr şəhər ərazisində yerləşən digər xəstəxanalara köçürülüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu